“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər
(®️) Abunəçilərə öz hesabını daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqi istifadəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə yenilənməkdədir.
Artıq balansı artırmaq üçün “Nar” abunəçiləri kart məlumatlarını tətbiqin yaddaşında saxlaya biləcəklər. Eyni zamanda, son yüklənən məbləğ tətbiqin yaddaşında qaldığından sadəcə bir kliklə balansı sürətlə artırmaq olar. Bundan başqa, “Avtomatik ödəniş” hissəsinə daxil olub, günlük, həftəlik və aylıq bölmələrdən birini seçməklə balansın avtomatik artırılmasını təyin etmək olar. Beləliklə, abunəçinin balansı artırması üçün hər dəfə kart məlumatlarını və məbləği daxil etməsinə ehtiyac qalmır.
Qeyd edək ki, “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda, vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür.
“Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







