“Ziraat Bank Azərbaycan” daha da böyüyüb, mənfəəti artıb
“Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun) 1 milyon 918 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Bank 2021-ci ilin ilk yarısını 1 milyon 747 min manat xalis mənfəət ilə bağlamışdı.
"Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin 1-ci rübünü 492 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın faiz və qeyri-faiz gəlirləri artıb. Belə ki, ötən ilin yanvar-iyun dövründə Bankın faiz gəlirləri 8 milyon 491 min manat ikən, 2021-ci ilin eyni dövründə 11 milyon 651 min manat təşkil edib. Bankın yarımillik qeyri-faiz gəlirləri isə 3 milyon 25 min manatdan 3 milyon 184 min manata yüksəlib.
2021-ci ilin 1-ci yarısında “Ziraat Bank Azərbaycan” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 milyon 835 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 889 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 944 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 830 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, həmçinin 197 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci yarısında “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 11 milyon 516 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 398 min manat, əməliyyat mənfəəti 3 milyon 118 manat təşkil etmişdi. Əməliyyat mənfəətindən 1 milyon 68 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılmış və 303 min manat mənfəət vergisi ödənilmişdi.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində “Ziraat Bank Azərbaycan” 349 miylon 688 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 173 milyon 68 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonuda Bank 298 milyon 961 min manat cəmi aktivlərə malik idi, o cümlədən aktivlərin 158 milyon 309 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.
DEPOZİTLƏR ARTIB
2021-ci ilin 1-ci yarısında "Ziraat Bank Azərbaycan"da depozitlər 37 milyon 380 min manat artaraq ötən ilin sonundakı 151 milyon 868 min manatdan 189 milyon 248 min manata yüksəlib. Fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) isə 2 milyon 546 min manat artaraq 58 milyon 462 min manata çatıb.
30 İyun 2021-ci il tarixində "Ziraat Bank Azərbaycan" 72 milyon 478 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C.Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
30 iyun 2021-ci il tarixində hesabatlar
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















