SOCAR-a məxsus YDM-də ABŞ-ın məşhur mətbəx brendinin açılışı olub
Kiyevdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələrinin (YDM) birində ABŞ-ın dünyaca məşhur “Nathans famous” mətbəx brendinin açılışı olub.
Mərasimdə şirkət rəhbəri Elçin Məmmədov, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, ABŞ Dövlət katibinin köməkçisinin müavini Georgi Kent, ABŞ-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunder, “Nathans famous”un vitse-prezidenti Ceyms Volker və digər qonaqlar iştirak ediblər.
Açılışda C. Kent çıxış edərək ölkəsinə məxsus brendin dünya ölkələri üzrə fəliyyətindən danışıb. O, Ukraynanın da artıq bu ölkələr sırasına qoşulduğunu qeyd edərək bildirib ki, brendin SOCAR-a məxsus YDM-də açılması ona əsaslanır ki, artıq bu Azərbaycan brendi dünyaca məşhurdur və insanların mütəmadi olaraq daha çox ziyarət etdiyi məkandır. Diplomat qeyd edib ki, SOCAR həyata keçirdiyi layihələrlə dünyada kifayət qədər rəğbət qazanıb.
Elmira Axundova isə çıxışında bildirib ki, belə bir brendin SOCAR-da açılması əhəmiyyətli hadisədir:
“Biz bilirik ki, dünyaca məşhur bu brend restoranlar şəbəkəsinə malikdir. Mənə bildirildi ki, SOCAR-ın Ukraynada 6 məntəqəsində bu brend fəaliyyətə başlayıb və ölkə üzrə mövcud bütün 57 məntəqədə fəaliyyət göstərəcək. Bu mənada SOCAR qida mədəniyyətinin inkişafına, ukraynalıların bu məşhur mətbəxlə tanışlığına investisiya qoymuş olur.”, - deyə, səfir əlavə edib.
E. Axundova bildirib ki, “SOCAR Energy Ukraine” qısa müddətdə - 10 ildir fəaliyyətə başlamasına baxmayaraq ölkədə çoxmilyonluq sərmayə qoyuluşuna malik olub.
Tədbir iştirakçıların çıxışından sonra bədii hissə ilə davam edib. İştirakçılar “SOCAR Energy Ukraine” məxsus məntəqənin fəaliyyəti ilə də tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








