"Nə platformalarda, nə neft quyularında, nə də gəmilərdə qəza baş verməyib" - AÇIQLAMALAR

05 İyul 2021
"İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir".
Marja xəbər verir ki, bu, SOCAR-ın yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilmişdi. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.
Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.
XXX 04 İyul 2021
"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".
Bu barədə SOCAR-dan bildiriblər.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.
XXX
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən partlayış ilə bağlı açıqlama
Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.
XXX
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Xəzərdə baş vermiş partlayışın tankerdə meydana gəlməsi iddiasına münasibət bildirib.
Qurumun mətbuat katibi Mehman Mehdiyev bildirib ki, bu xəbər doğru deyil:
"Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var. Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib".
XXX
“Xəzərdəki hadisə palçıq vulkanının əlamətidir”.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.
Q.Yetirmişli deyib ki, hər hansı qəza baş verməyib: “Nə platformalarda, nə neft quyularında, nə də Sərhəd Qoşunlarının Xəzər dənizindəki gəmilərində qəza baş verməyib. Bu, palçıq vulkanının əlamətidir. Xəzərdə çoxsaylı palçıq vulkanı var, biri püskürüb. O da alovla müşayiət olunub, tez də – 20, 30 saniyəyə sönüb”.
XXX
4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.
Bu barədə məlumatı FHN-in Mətbuat xidməti yayıb.
Qeyd edilir ki, bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 d. əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
34 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
- 37 d. əvvəl
-
38 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 39 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
