Azərbaycanda yaşı 80-dən yuxarı olan 1260 nəfər əmək müqaviləsilə işləyir
Rəsmi işçilərin 143 nəfəri 16 yaşa qədərdir
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan əmək müqavilələrinin (1,7 milyonadək müqavilə) ən çox hissəsi (28,1%-i və ya 464,3 mini) 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.
E-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3%-i 41-50 yaşlarında, 20,1%-i 51-60 yaşlarında, 20%-i 21-30 yaşlarında, 9,7%-i isə 61-70 yaşlarında olan işçilərə aiddir.
Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.
Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinəəsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Nazirlik yanında yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərləəmək müqavilələri bağlanmasına yol verilmir. 15 yaşından 18 yaşınadək olan şəxslərləəmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
10 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 13 d. əvvəl
- 25 d. əvvəl
- 38 d. əvvəl
- 44 d. əvvəl
-
48 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
