Azərbaycan Türkiyənin aparıcı şirkətilə anlaşdı - TEKSTİL SƏNAYESİNƏ...
İyunun 18-də İqtisadiyyat Nazirliyi ilə “Zorlu” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyətinə, investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, qardaş Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və Zorlu Holdinq arasında imzalanan Memorandum investisiya tərəfdaşlığının genişlənməsinə əlavə imkanlar açır. Belə ki, “Zorlu” Holdinq tərəfindən Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşu ilə layihələr icra olunacaq, bu layihələrin reallaşmasına İqtisadiyyat Nazirliyi lazımi dəstək göstərəcəkdir.
Tədbirdə reallaşdırlacaq layihələrin, yatırılacaq sərmayələrin ölkəmizə, iqtisadiyyatımıza fayda gətirəcəyinə, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan və Türkiyə iqtisadi əlaqələrini daha da möhkəmləndirəcəyinə əminlik ifadə olunub.
“Zorlu” Holdinqin İdarə Heyətinin sədri Əhməd Nazif Zorlu rəhbərlik etdiyi şirkətin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üçün prioritet olan sahələrində irimiqyaslı layihələr həyata keçirəcəyindən məmnunluq və qürur hissi keçirdiyini bildirib, bu sahədə görüləcək işlər barədə məlumat verib.
XXX
İqtisadiyyat Nazirliyi Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzalayıb.
Marja xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək.
Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















