Tələbə kreditləri 20 il ərzində hissə-hissə qaytarılacaq, faizi çox az olacaq
Təhsil Tələbə Krediti Fondu növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini həyata keçirəcək.
Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Fərmandan gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, bu qaydalar növbəti bir ay ərzində hazırlanıb Nazirlər Kabinetinə veriləcək və təsdiq ediləcək:
“Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstərici olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca digər tələbələrin oxuma şansı da olacaq. Gələcəkdə Fondun maliyyəsi daha da artırıla bilər. Uzunmüddətli kredit olacaq, tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək”.
“Təhsil kreditində faiz dərəcəsi çox az olacaq”
Emin Əmrullayev, "Təhsil Tələbə Kredit Fondu Azərbaycandakı universitetlər üçün nəzərdə tutulub, xaricdə təhsil alanlar üçün yox” - deyib.
O bildirib ki, tələbə təhsil haqqı ödəyə bilməyəndə bu universitet üçün də problem olur: “Amma təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlığı deməkdir. Bu kredit istehlak kreditlərindən fərqli olacaq, orada faiz iki rəqəmli olur, amma burada faiz dərəcəsi sıfıra yaxın, yəni çox az olacaq. Amma bu, vətəndaşı məsuliyyətdən azad etmir, bu kredit aləti ilə vətəndaş həyatının növbəti mərhələlərində məsuliyyətli olmalıdır. Tələbə krediti qarşılıqlı inam və tələbə dövründən sosial məsuliyyəti dərk etməyə kömək edəcək, burada 20 illik müddətdən söhbət gedir”.
"Kredit tələbəyə yox, onun oxuduğu təhsil müəssisəsinə ödəniləcək"
“Himayəçilər Şurası tərəfindən təhsil kretinin yüksək həddi müəyyən ediləcək”, - Emin Əmrullayev mətbuat konfransında bildirib.
O deyib ki, kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq: “Belə də ola bilər ki, təhsil haqqının 80 faizi ödənilsin. Bu, daha çox əlavə kömək üçündür”.
Nazir deyib ki, kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək: “Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

























