G7 sammiti - ƏSAS GÖZLƏNTİLƏR
İqlim, ticarət, pandemiya, rus ayısı və Çin əjdahası - “Nəhənglərin görüşü” ilə əlaqədar maraqlı ola biləcək məqamlar...Sabahdan “Böyük 7-lik” (G7) ölkələrinin liderləri Avropada 3 gün davam edəcək sammitdə bir araya gələcək. Marja bu dəfə Böyük Britaniyanın ev sahibliyi edəcəyi toplantıdan əsas gözləntilər və müzakirə olunacaq məsələlər barəsində izahlı məlumat hazırlayıb.
Nələr baş verir?
11-13 iyun 2021-ci il tarixlərində dünyanın ən inkişaf etmiş 7 iqtisadiyyatı İngiltərənin cənub-qərbində, Cornwall-dakı Karbis körfəzində toplanır. “Liderlər pandemiyadan tutmuş vaksinlərə və iqlim dəyişikliyinə qədər qlobal çətinlikləri və hər kəsin açıq ticarətdən, texnoloji inkişafdan və elmi kəşflərdən yararlanmasını təmin etməyi müzakirə edəcəklər.” - Böyük Britaniya hökumətinin açıqlamasında belə deyilir. Ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü, o cümlədən 5500-dən çox polisin cəlb edildiyi tədbirə görə yerli sakinlər hər tərəfi hasarlanmış şəhərdə “özlərini qəfəsdə hiss etdiklərini” deyir.
Qonaqlar kimdir?
Sammitin əsas iştirakçıları G7 qrupuna daxil olan ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyanın dövlət və hökumət başçılarıdır. Bu il Avstraliya, Hindistan və Cənubi Koreya da qonaq qismində qlobal tədbirə dəvət olunub. Son 2 ildə birinci dəfə keçirilən sammitin iştirakçıları 2,2 milyard insanı və dünya iqtisadiyyatının yarısını təmsil edir.
Gündəlikdəki əsas müzakirə mövzuları hansılardır?
Sammit ötən ildən dünyanı cənginə alan və qlobal iqtisadiyyatı çökdürən koronavirus pandemiyasının hələ də davam etdiyi və vaksin probleminin tam həll olunmadığı bir şəraitdə keçirilir. Böyük Britaniyanın “daha yaxşı bərpa et” (Build Back Better) şüarı altında keçirdiyi toplantıda müzakirəsi gözlənilən əsas məqamlar:
- 2022-ci ilin sonuna kimi planetdəki hər kəsi peyvəndləyərək, pandemiyanın təsirini sıfırlamaq və yeni şoklara qarşı daha hazırlıqlı olmaq;
- Azad və ədalətli ticarəti stimullaşdırmaq;
- İqlim dəyişikliyinə daha çox diqqət və biomüxtəlifliyi qorumaq;
Rusiyanın son dövrlərdə Qərbə qarşı destruktiv mövqeyi (və ona qarşı potensial yeni sanksiya ehtimalları) və Çinin ticarət siyasəti bu iki ölkənin də masada müzakirə mövzusu olacağını göstərir. Rusiya isə ayrıca olaraq, Sammitdən dərhal sonra baş tutacaq bu tədbirlərin də əsas mövzusu olacaq: 13 iyunda NATO müttəfiqlərinin Brüssel toplantısı, 15 iyunda ABŞ-Avropa İttifaqı Sammiti və nəhayət 16 iyunda Bayden və Putinin Cenevrə görüşü.
Nəticə olacaqmı, yoxsa elə həmişəki “söz oyunu”?
Çox zaman əksər qlobal tədbirlrədə olduğu kimi, G7 sammitini də nəticəsiz danışıqlar və konkret tədbirlərin olmaması iddiası ilə tənqid edirlər. Xüsusən Çin və Rusiya kimi iri güclərin bu formatdan kənarda qalması dünyanın taleyi ilə bağlı qərarların verilməsində tam iştirakın olmaması sualını doğurur. Lakin bir sıra liderlər, xüsusən Böyük Britaniyanın baş naziri Boris Conson “G7 ölkələrinin həm demokratik dünyanın, həm də qlobal iqtisadiyyatın əsas katalizatorları olduğunu” vurğulayaraq, sammitdə veriləcək qərarların ən iri problemlərin həllinə töhfə verəcəyini bildirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
35 d. əvvəl
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
-
2 saat əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
Ən çox oxunanlar
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub






.jpg)













.jpg)


