"Bəzi məmurlar var ki, danışanda üslublarına diqqət yetirsinlər"
Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları onunla danışıq zamanı üslubdan düzgün istifadə etmədiklərinə görə sərt tənqid edib.
Q. Paşayeva qeyd edib ki, onun etdiyi çıxışlar seçicilərinin müraciətləri ilə bağlıdır: “Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə deyirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər.
Bəzi məmurlar isə mənə deyirlər ki, siz bu məsələni 3 dəfə qaldırmısınız. Bu üslub, bu ton doğru yanaşma deyil. Millət vəkili bir məsələni qaldırırsa, bu, onun şəxsi işi deyil. Bəzi məmurlar var ki, vətəndaşlar onların qəbuluna girə bilmir. Amma bizim qapımız həmişə açıqdır. Niyə bu günə qədər məhkəmənin qərarı yerinə yetirilmir? Biz dəli deyilik ki, qayıdıb-qayıdıb eyni məsələni dəfələrlə qaldıraq. Danışanda üslublarına diqqət yetirsinlər. Əgər yetirməsələr mən onların adlarını da çəkərəm. Məhkəmənin qərarı yerinə yetirilsin, şəhid atasının sığorta pulu verilsin!”
Marja.az Telegramda: https://t.me/marjaaz
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















