"Satış üçün sifarişlər almışıq, yaxşı gəlir gətirir"
Ağsu rayonunda cari mövsümdə sarımsaq əkini sahələrində bol məhsul yetişdirilib və hazırda yığım davam edir.
Yerli bazarlarda heç də az tələbat olmayan sarımsaq rayonun daha çox Ərəbuşağı inzibati ərazi dairəsini əhatə edən Ərəbuşağı, Ağalarbəyli, Maşadqanlı və Ağarx kəndlərində becərilir. Bu ərazilərdə sarımsaq əkini ailə fermer təsərrüfatları və fiziki şəxslər üçün artıq ənənəvi təsərrüfat sahəsi sayılır. Cari mövsümdə 44,2 hektarda sarımsaq yetişdirilib ki, bu da ötən ildəkindən 4,2 hektar çoxdur.
Qeyd edək ki, hər hektar sahədən orta hesabla 70 sentner məhsul götürülür. Mütəxəssislər nümayəndəlik üzrə 300 tona yaxın sarımsaq tədarük olunacağını proqnozlaşdırırlar. Bir sıra ailə fermer təsərrüfatlarında, o cümlədən Ərəbuşağıdan İmran Qədirovun, Əyyub Cəlilovun, Ağalarbəylidən Təbiət Abdullayevin ailə fermer təsərrüfatları daha yüksək göstəriciyə nail olublar.
İmran Qədirov deyib: “Sarımsaq əkini çox sərfəli sahədir. Yaxşı gəlir gətirir. Əlbəttə, sarımsaq əkib-becərmək ağır zəhmət tələb edir. Lakin gəlirli sahə olduğu üçün bu işlə məşğul olmaqda çox maraqlıyıq və cari mövsümdə bir hektardan çox ərazidə məhsul yetişdirmişik. Əkində, eləcə də becərmə və yığımda əlavə işçi qüvvəsi də cəlb edirik. Bu il 10 tondan çox məhsul gözləyirik. Satış üçün sifarişlər də almışıq”.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























