“Merkuri” BOKT-un xalis mənfəəti kəskin azalıb
“Merkuri” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 66 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə bu, 2019-cu illə müqayisədə 67,8% azdır.
Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 83 min manat (əvvəlki ilə nisbətən 67,6% az), mənfəət vergisi ödəmələri isə 17 min manat (66,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 3 milyon 555 min manat olub ki, bu da illik müqayisədə 2,1% azdır. Bunun 2 milyon 631 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 12,2% kiçilib.
Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 4,2% artaraq 2 milyon 755 min manata çatıb, balans kapitalı isə 18,9% azalaraq 800 min manata düşüb.
Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla İlqar Quluzadə və Səbuhi Əzizovdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















