Bu il 700 min ədədə yaxın artıb, sayı 10 milyona yaxınlaşıb
Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin Mart ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin Aprel ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 898 min ədəd təşkil edib.
Mart ayının sonu ilə müqayisədə Aprel ayı ərzində cəmi ödəniş kartlarının sayı 129 min ədəd artıb. Martda ayında cəmi ödəniş kartlarının sayı 190 min ədəd artmışdı.
Aprel ayında sosial kartların sayı 56 min ədəd artaraq 3 milyon 514 min ədədə, əməkhaqqı kartlarının sayı 7 min ədəd artaraq 2 milyon 606 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 47 min ədəd artaraq 2 milyon 614 min ədədə, kredit kartlarının sayı isə 19 min ədəd artaraq 1 milyon 164 min ədədə çatıb.
Ötən ilin sonu ilə müqayisədə ilk 4 ayda cəmi ödəniş kartları 668 min ədəd artıb.
İlk 4 ayda (yanvar-aprel dövründə) sosial kartların sayı 71 min ədəd, əməkhaqqı kartlarının sayı 105 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 421 min ədəd, kredit kartlarının sayı isə 71 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdir.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artmışdı.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























