Şəhərə girişdə 125 hektarlıq böyük meşə parkı salınacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verib
Bildirilib ki, burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.
Prezident İlham Əliyev: Hansı tərəfdən?
Ruslan Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki, bayraq qoymuşuq, o kanalın səviyyəsidir. Bu göl onun ətrafında olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər abadlaşdırılacaq və burada gözəl meşə-park yaradılacaq. Parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.
Prezident İlham Əliyev: Çox gözəl, yəni, şəhərə giriş böyük meşə massividir.
Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi, erməni işğalçılar burada meşələrin, yaşıllıqların hamısını qırıblar. Demək olar ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi ilkin olaraq bu təşəbbüslə çıxış ediblər və əkinə də başlayıblar. Bu, dağdağan ağacıdır. O Azərbaycanın simvolik ağacıdır.
Prezident İlham Əliyev: Simvoludur.
Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər. Ona görə şərəf olardı ki, Siz ağacın birini əkəsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı








.png)
















