"Azercosmos": Ödənişli televiziya yayımı xidmətlərindən əldə olunan qlobal gəlirlər azalır
Ödənişli televiziya yayımı xidmətlərinə abunə olanların sayının artımı fonunda sözügedən xidmətləri göstərən operatorların gəlirləri azalır.
Bunu EMEA regionu üzrə (Avropa, Yaxın Şərq və Afrika) "Satellite 2021" rəqəmsal forumunda çıxış edən "Azercosmos" ASC-nin strateji inkişaf və planlaşdırma meneceri Natəvan Həsənova deyib.
Onun sözlərinə görə, Asiyanı rabitə bazarları Avropa, Yaxın Şərq və ABŞ bazarları ilə eyni trayektoriya ilə irəliləyir.
"Bazarlar daha da yetkinləşir və ödənişli televiziya yayımı üzrə abunəçilərin sayı çoxaldıqca, artan rəqabət səbəbindən abunə gəlirləri azalır və bu da qiymətlərin enməsinə səbəb olur", - deyə N. Həsənova qeyd edib.
Bənzər fikir Çinin "Asiasat"ın baş direktoru Rocer Tonq tərəfindən də səsləndirilib. Belə ki, onun sözlərinə görə, bölgədəki bir çox şirkət kimi "Asiasat"ın da göstərdiyi xidmətlərə tələbatın və abunəçi sayında əhəmiyyətli artımın olmasına baxmayaraq, şirkətin gəlirləri və xalis mənfəəti azalır.
R. Tonq əlavə edib ki, internet xidmətlərinin qiymətləri yayım xidmətləri qiymətlərindən daha sürətlə endiyindən, peyk internetindən əldə olunan gəlirlər də azalmağa başlayacaq.
Həmçinin qeyd olunub ki, operatorlar ənənəvi peyk infrastrukturundan kənara çıxmalarının vacibliyi ilə razılaşsalar da, onların hər biri özünün diversifikasiya yolunu müəyyənləşdirir.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















