Dünya Bankı Azərbaycanda yol layihəsilə bağlı qərar verəcəyi tarixi dəyişdi
Dünya Bankının Direktorlar Şurasının Azərbaycanın yol layihəsinə ayıracağı krediti təsdiqləyəcəyi tarix dəyişdirilib.
Bankdan əldə edilən məlumata görə, Direktorlar Şurası “Regional bağlantılarının inkişafı” adlı yeni yol layihəsinə mayın 20-də baxacaq.
Bundan öncə isə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) açıqlamasında adıçəkilən layihə ilə bağlı qərarın mayın 25-də veriləcəyini qeyd etmişdi.
“Regional bağlantılarının inkişafı” lahiyəsinə ayrılacaq kreditin həcmi 65 milyon ABŞ dollarıdır.
Ümumi dəyəri 95,88 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
Layihə dörd komponentdən ibarətdir. “Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon ABŞ dolları) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.
2 milyon ABŞ dolları dəyərində “Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponent intellektual nəqliyyat sistemlərinin tətbiqilə yol idarəçiliyinin təkmilləşdirilməsini, yoldan istifadə etmə haqqının elektron formatda ödənişi üçün müvafiq infrastrukturun qurulmasına texniki yardım göstərilməsini nəzərdə tutur.
“Yerli inkişaf və logistika” adlı üçüncü komponentin başlıca tərkib hissəsi yolboyu logistika və bazar obyektlərinin inkişaf etdirilməsini, bunun üçün kiçik sərmayələr yatırılması üçün pilot layihələrinin tətbiqini əhatə edir.
Dördüncü komponent də layihənin idarəetmə məsələlərini əhatə edir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 milyard ABŞ dolları civarında vəsait ayırırb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























