Vaksin platformasından uğurlu debüt - 579 milyon dollar
Tibbi startap bu il artıq ikinci dəfə investorlardan vəsait cəlb edə bilib.Koronavirus infeksiyasına qarşı qlobal vaksinlərdən biri - AstraZenecanı biotexnologiya məhsulları ilə təmin edən VacciTech startapı ABŞ-ın NASDAQ birjasında ilk debütünü edib.
Marja xəbər verir ki, Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsində (IPO) bir səhmə görə 17 dollar qiymət təyin edən startap investorlardan 111 milyon dollar vəsait cəlb edib. Bununla da bazar dəyəri 579 milyon dollara çatıb. Ötən ay özəl maliyyələşmə vasitəsilə investorlardan 168 milyon dollar vəsait ala bilən VacciTech-in bazar dəyəri 425 milyon dollar təşkil etmişdi.
VacciTech platforması tibbi startap olaraq 2016-cı ildə Oksford Universitetinin alimləri Sara Gilbert və Adrian Hill tərəfindən yaradılıb və Tencent, Google Ventures və Kaliforniyanın biotexnologiya qrupu Gliead Sciences tərəfindən dəstəklənir. Şirkət AstraZeneca vaksininin yaradılması texnologiyasının sahibidir və vaksin pandemiyadan sonra gəlir məqsədilə satılarsa, bu gəlirlərin 1,4%-ni əldə edəcək.
Qlobal vaksin şirkətlərinin səhmləri pandemiya dövründə kifayət qədər bahalaşıb. Novavax son 12 ayda 1300%, Moderna və BioNTech isə 380%-ə qədər dəyər qazanıb. CureVac-ın səhmləri ötən ilin avqustunda səhm satışına başladığı ilk gündə 249% artmışdı. Fransada listinqdən keçmiş digər bir istehsalçı Valneva da tezliklə ABŞ-da IPO-ya qatılmaq üçün sənədləri müvafiq qurumlara təqdim edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)









