Daşınmaz əmlakın icbari sığortası üzrə hesablanmış sığorta haqları artıb
2021-ci ilin ilk rünbündə daşınmaz əmlakın icbari sığortası üzrə 23 milyon 841 min manatlıq sığorta haqları hesablanıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə daşınmaz əmlakın icbari sığortası üzrə hesablanmış sığorta haqları 5 milyon 996 min manat və ya 33,6% artıb. 2020-ci ilin ilk rübündə daşınmaz əmlakın icbari sığortası üzrə 17 milyon 845 min manatlıq sığorta haqları hesablanmışdı.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri isə ötən ilin ilk rübündə 1 milyon 404 min manat ikən, cari ilin eyni dövründə 450 min manat təşkil edib.
2021-ci ilin ilk rünbündə əmlakın könüllü sığortası (əmlakın yanğından və digər risklərdən sığortası) üzrə 12 milyon 773 min manatlıq sığorta haqları hesablanıb. Ötən ilin eyni dövründə bu növ üzrə 9 milyon 557 min manatlıq sığorta haqları hesablanmışdı. Sığorta ödənişləri isə 869 min manatdan 423 min manata geriləyib.
Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















