Azərbaycanda balıqçılıq sahəsi üzrə hüquqi baza yaradıla bilər
"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyi ölkədə balıqçılıq sahəsinin inkişafına dair yeni təşəbbüslər irəli sürəcək.
Bunu Assosiasiyanın İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.
O, sahənin inkişafına maneələr yaradan bir sıra amillərin mövcudluğunu bildirərək qeyd edib ki, bu məsələlər yaxın vaxtlarda Assosiasiyanın növbəti iclasına müzakirə predmeti olacaq.
"İclasın gündəliyinə balıqçılıq sahəsi üzrə statistik məlumatların toplanılması, təsərrüfatların qeydiyyata alınmasında problemlərin həll yolları müzakirə olunacaq. Sahə üzrə mütləq olaraq hüquqi bazası formalaşdırılmalıdır. Hüquqi-normativ baza olmadığı halda investorların cəlb edilməsi olduqca çətindir. Misal üçün sahibkarlar vaxtaşırı təsərrüfatların qeydiyyata alınması və yaxud torpağın təyinatı ilə bağlı məsələlərdə çətinliklərlə üzləşirlər, bu da onların bu sahəyə olan marağını azalıdır", - deyə Z. Salmanlı qeyd edib.
Assosiasiyanın İdarə Heyətinin sədrinin sözlərinə görə, başlıca problemlərdən biri balıqçılıq sahəsinin kənd təsərrüfatı sahəsinə aid olmaması, balıq və balıq məhsullarının istehsalının kənd təsərrüfatı məhsullarının sırasına daxil edilməməsidir, bu da nəticə etibarı ilə balıqçılığın dövlətin kənd təsərrüfatlına göstərdiyi dəstəkdən kənar qalmasına və sahənin olduqca xaotik inkişafına səbəb olur.
"Kənd Təsərrüfatı Nazirliyi əmtəə balıqçılığına sahiblənsə, balıqçılar hiss edəcək ki, onlar təməl olaraq kənd təsərrüfatı məhsulları istehsal edirlər. Dövlətin müxtəlif dəstəyindən yararlanmaq imkanı əldə edən sahibkar sahəyə investisiya yatırmaqda maraqlı olacaq. Hazırda balıqçılıq sahəsinin inkişaf etdirilməsi üçün su anbarların icarəyə götürülməsi mexanizmi mövcud deyil. Sahibkar bu məsələ ilə bağlı bilmir, hansı dövlət qurumuna müraciət etsin. Bu suala biz də cavab verə bilmədiyimiz üçün nəticədə ciddi problemlərlə üzləşirik", - deyə Z. Salmanlı qeyd edib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Zaur Salmanlı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















