Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Belarus yanvar-fevral aylarında təxminən 84 milyon dollarlıq Azərbaycan nefti alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarus yanvar-fevral aylarında təxminən 84 milyon dollarlıq Azərbaycan nefti alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Belarus 2021-ci ilin yanvar-fevral aylarında 995,5 milyon dollar dəyərində neft idxal edib. Bu barədə Belarus mətbuatı xəbər verir.

“Belstat”ın məlumatına görə, dəyər ifadəsində idxalın həcmi üç dəfəyə qədər artıb. Hesabat dövründə Azərbaycandan 83,6 milyon dollar, Rusiyadan 911,9 milyon dollardəyərində neft idxal olunub.

Xəbər verildiyi kimi, “SOCAR Trading” (SOCAR-ın törəmə strukturu) Belarus tərəfi ilə 2021-ci ildə 1 milyon tona yaxın neftin tədarükü haqqında müqavilə bağlayıb. 2021-ci ilin yanvar və fevral aylarında “SOCAR Trading” Belarusa hər biri 90 min ton həcmində iki partiya Azərbaycan nefti nəql edib.

“SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun “Belneftexim” konserninə neft tədarük etməyə başlayıb.

2020-ci ildə SOCAR “Belneftexim”ə 1 milyon tona yaxın neft tədarük edib, bunun 720 min tona qədəri Azərbaycan, qalan həcm isə qeyri-Azərbaycan nefti olub.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.

AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!

İnterfaks-Azərbaycan

13.04.2021 11:53

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18