"Veysəloğlu" bu universitet ilə əməkdaşlıq edəcək – müqavilə imzalandı
Bakı Mühəndislik Universiteti (BMU) universitet –iş dünyası əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Universitet yarandığı qısa müddət ərzində 20-dək şirkətlə əlaqə qurub, əməkdaşlıq edir. Mütəxəsis hazırlığında nəzəri biliklərlə yanaşı təcrübəvi biliklərin də xüsusi əhəmiyyəti var.
Ölkəmizdə tanınmış, dünyanın 20-dən artıq ölkəsindən 100-dən çox fabrikindən məhsul idxal edən, eyni zamanda istehsal sahələri ilə məşğul olan və pərakəndə sektorda əhaliyə xidmət göstərən Veysəloğlu şirkətilə də əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək, universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat prosesi ilə tanış olacaqlar.
Universitetin rektoru, professor Havar Məmmədov universitetin maddi-texniki bazasının müəllim heyətinin yüksək səviyyədə olduğunu, mühəndislik fakültəsi ilə yanaşı iqtisadiyyat fakültəsinin də yüksək ixtisaslı kadr hazırladığını şirkət rəhbərliyinin diqqətinə çatdırıb. Universitet rəsmisi həmçinin hazırda universitetdə yüksək balla qəbul olunmuş tələbələrin və çox sayda Prezident təqaüdçülərinin təhsil aldığını da bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.
Şirkətin fəaliyyəti haqqında geniş məlumat verən Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri əsas məqsədlərinin ölkəmizin milli iqtisadiyyatının inkişafına töhvə vermək olduğunu bildiriblər. Görüşdə bildirilib ki, bunun üçün maliyyə və texnologiyadan öncə savadlı və bacarıqlı kadrlara ehtiyac var. Kadırların hazırlanması üçün isə universitetlərlə yanaşı inkişaf etmək istəyən şirkətlərin də üzərinə məsuliyyət düşür. Veysəloğlu şirkəti bu istiqamətdə üzərinə düşəni missiyanı əməli fəaliyyəti ilə yerinə yetirməyə hazırdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














.jpg)

