Azərbaycanın ÜDM-i növbəti üç ildə ortalama 3% artacaq

"Moody's Investors Service" ("Moody's") şirkəti bu il Azərbaycan iqtisadiyyatının artım tempinin neft-qaz sektoru hesabına təqribən 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
Agentliyin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqəli məhdudlaşdırıcı tədbirlərin yumşaldılması fonunda iqtisadi fəallığın artımı və hərəkət məhdudiyyətlərinin azaldılmasından qaynaqlanan müsbət təsirlərdən başqa OPEC razılaşması çərçivəsində neft hasilatının gözlənilən artımı, Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya qaz ixracının artımı ölkədə bu il ÜDM-in artımını sözügedən səviyyədə dəstəkləyəcək.
"Moody's" Azərbaycanda növbəti 2-3 il ərzində ÜDM-in orta artım tempinin 3% səviyyəsində olacağını proqnozlaşdırır və bu artımın mövcud neft-qaz yataqlarına davamlı investisiya qoyuluşu ilə dəstəklənəcəyini bildirir. Bura "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Qarabağ" və "Abşeron" yataqları aiddir. Belə ki, AÇG ölkədə karbohidrogen hasilatını bir müddət cari səviyyədə (175 mln. barrel ton) saxlamağa kömək edəcək, "Qarabağ" və "Abşeron" yataqlarının işlənilməsi layihələrinin tamamlanmasından sonra isə neft-qaz hasilatı artacaq.
Bundan əlavə, "Moody's" xatırladır ki, ölkədə diversifikasiya perspektivləri məhdud olaraq qalır. Azərbaycanın nəqliyyat və logistika sektoru bölgədəki digər ölkələrlə müqayisədə daha yaxşı infrastrukturdan və bölgədəki digər istehsalçılardan daha yüksək neft-qaz tranziti gəlirləri əldə etmək potensialından faydalansa da, sektorun ölçüsü çox kiçik olaraq qalır və iqtisadi böyüməyə əhəmiyyətli təsir edə bilmir.
Rusiya da daxil olmaqla digər böyük bazarlardan Azərbaycanın qida məhsullarına olan sabit tələbata baxmayaraq, kənd təsərrüfatı sektoru da neft-qaz sektoru ilə müqayisədə daha az cəlbedicidir. COVID-19 pandemiyasından əvvəl müəyyən potensial nümayiş etdirən turizm sektoru isə sərhədlər tədricən açılmasına baxmayaraq, bərpa üçün daha çox vaxt tələb edə bilər.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,3%, 2022-ci ildə isə 1,7% artacaq.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 7 saat sonra
-
-
2 saat əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 2 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır
-
7 saat əvvəl
Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
-
8 saat əvvəl
9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Əli Əsədov Gürcüstana səfər edib

Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

Hər il buraya 10 min istedadlı insanın cəlb edilməsi, 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır

"Təsis etdiyimiz İnvestisiya Fondu böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur"

Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib
