Milli Depozit Mərkəzi yeni elektron xidmət yaradıb

Milli Depozit Mərkəzi (MDM) yeni elektron xidmət – emitentlərin istifadəsi üçün nəzərdə tutulan “elektron emitent kabineti”ni yaradıb.
Mərkəzdən verilən məlumata görə, elektron portal emitentlərə qiymətli kağız mülkiyyətçilərinin reyestrinə real vaxt rejimində elektron baxış imkanı təqdim edir. Bununla, emitent seçilmiş alət üzrə qiymətli kağız sahiblərinin adları və onların sahib olduqları qiymətli kağızların miqdarı barədə məlumat almaq imkanı qazanırlar. Həmçinin, emitentlər kabinetə daxil olaraq seçdikləri alətlər, yəni emissiya etdiyi qiymətli kağızlar barədə məlumatları, o cümlədən, emitentin adı, alətin İSİN nömrəsi, valyutası, qiymətli kağızların ümumi miqdarı, emissiya etdiyi qiymətli kağızların nominalı və digər məlumatları əldə edə bilərlər.
Xidmətdən yararlanmaq üçün istifadəçinin veb-brauzerə çıxışı və “ASAN imza” sertifikatı olmalıdır.
Portalda tətbiq edilən digər yenilik, deponentlərin şəxsi kabinetində edilən bir sıra dəyişikliklərlə bağlıdır. Yeniliyə əsasən, hüquqi şəxslər üçün də depo hesabına baxış imkanı yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
10 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
1 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
