Naxçıvanda istehsal, emal və ixraca dair dövlət proqramı təsdiq edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 29-da “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Proqramın məqsədi muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalını, emalını və ixracını stimullaşdırmaq, kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq və muxtar respublikada özünüməşğulluğu təmin etməkdir.
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, istehsal olunan məhsulların ixrac potensialının artıracaq, kənd təsərrüfatının dayanıqlı inkişafını, kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasını təmin edəcək.
Dövlət proqramında nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Qəbul olunmuş dövlət proqramları aqrar sahədə məhsul istehsalının həcmini artırmış, əkin sahələri genişlənmiş, torpaq mülkiyyətçiləri, fermerlər və ailə təsərrüfatçıları formalaşmış, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Kənd təsərrüfatında məhsul istehsalının artması emal sənayesinin inkişafına da təkan vermiş, ixrac potensialı formalaşmışdır.
Yeni dövlət proqramı ötən dövrdə bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin edəcəkdir.
2. Proqramın məqsədi
Proqramın məqsədi aşağıdakılardan ibarətdir:
kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq;
kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq;
muxtar respublikada özünüməşğulluğu təmin etmək.
3. Gözlənilən nəticələr
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması;
istehsal olunan məhsulların ixrac potensialının artırılması;
kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması.
4. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
5. Proqramın həyata keçirilməsi üzrə
T Ə D B İ R L Ə R P L A N I
№ | Tədbirin adı | İcraçılar | İcra müddəti |
5.1. | Rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.2. | Kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.3. | Məhsul istehsalının bazarın tələbatına uyğun planlaşdırılması, elektron uçot-informasiya sisteminin qurulması | Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.4. | Yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, qarğıdalı yağı istehsalına başlanılması | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2021-2025 |
5.5. | Kompost gübrə istehsalı sahəsinin yaradılması | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2021-2025 |
5.6. | Qızılgül əkini sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.7. | Emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsi | İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti | 2021-2025 |
5.8. | Müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması, bu sahədə fəaliyyətin təşviq edilməsi | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2021-2025 |
5.9. | Daxili bazarın tələbatının və ixrac imkanlarının təhlil edilməsi, yeni yaradılan müəssisələrin rentabellik göstəricilərinin müəyyənləşdirilməsi | İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası | 2021-2025 |
5.10. | Ailə təsərrüfatlarının ixracyönümlü məhsul istehsalına təşviq edilməsi | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.11. | İxrac bazarları haqqında sahibkarlar və ailə təsərrüfatlarının məlumatlandırılması | İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.12. | İxracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi | İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi | 2021-2025 |
5.13. | Kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti | Mütəmadi |
5.14. | Xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi | İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri | 2021-2025 |
5.15. | Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2021-2025 |
5.16. | Dövlət Proqramının icrası barədə teleradio verilişləri və qəzet materiallarının hazırlanması | Muxtar respublikanın kütləvi informasiya vasitələri | Rübdə 1 dəfə |
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 13 saat sonra
-
36 d. əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi






















