Ən sürətli və güclü "cip" təqdim olundu
SUV kateqoriyasının ən güclüsü "Jeep Grand Cherokee Trackhawk" təqdim edilib.
"Marja" xəbər verir ki, bir ildir gözlənilən Jeep-in 2018 model "Grand Cherokee Trackhawk" modeli internet təqdimatının ardından Nyu York Avtomobil Sərgisində təqdim edilib.
"Grand Cherokee Trackhawk", indiyədək SUV modelləri arasında zavod istehsalı ilə ortaya çıxan ən sürətli və güclü minik avtomobildidir. Maşın düz 707 at gücündədir.
"Trackhawk"ı digər modellərdən fərqləndirən mühüm xüsusiyyətlərdən biri, maşının 1 düym daha alçaq bir dizayna sahib olmasıdır.
Avtomobil 6.2 litr V8 motora malikdir. Mühərrik 707 at gücü və 645 lb-ft qüvvə momenti hasil edir.
Avtomobil 0-dan 100 kilometrə 3.5 saniyədə çıxa bilir.
Avtomobilin maksimum sürəti saatda 200 mil, yəni 320 kilometrdir. Bu qədər sürətli və güclü bir maşının dayanma məsafəsi də, əlbəttə düşünülmüşdür. 100 km/saaat sürətdə dayanmaq üçün lazım olan məsafə 34 metrdir.
Avtomobil 8 pilləli avtomatik sürət qutusuna malikdir. "Trackhawk" 5 fərqli sürüş rejimilə gəlir.
Avtomobilin BMW X5, X6 və Porsche Cayenne Turbo ilə rəqabət edəcəyi gözlənilir.
ƏLA FÜRSƏT:17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Ötən günlərdə Dodge də sərhədləri aşan idman avtomobilini taəqdim etmişdi.
2018-ci ildə çıxacaq Dodge Challenger SRT Demon yalnız 1 illik bir model olacak. Avtomobildən cəmi 3000 ədəd istehsal olunacaq.
Avtomobilin ən böyük xüsusiyyəti zavod istehsalı standartlarında dünyanın ən güclüsü olmasıdır.
Demon, 0-100 kilometrə 2.3 saniyədə və 100 milə də 5.1 saniyədə çatır. Demon ən güclü V8 mühəriklə təchiz olunur. 840 at gücündəki avtomobil 1044 Nm qüvvə momentinə malikdir.
Avtomobilin maksimum sürət isə saatda 270 kilometrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















