Porsche-nin satışları və gəlirləri artıb
Porsche AG 2017-ci ilə güclü başlanğıc edib.
2017-ci ilin ilk üç ayında şirkət əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlir, əməliyyat mənfəəti, təhvilvermə və işçilərin sayını artıb. Mənfəət marjası da 16,7 göstəricisindən 17,6-ya qalxıb.
Cəmi gəlir 5,5 milyard avroya çatıb (2% artım). Şirkətin mənfəəti isə 967 milyon avro təşkil edərək 8 faiz artmışdır. Bu müddət ərzində təhvilvermə sayı 7% artaraq 59 min 689 ədədə çatmış, işçi qüvvəsi 13 faiz artım qeyd edərək 28 min 249 nəfərə çatmışdır.
“Bu müsbət nəticə 2016-cı ilin rekord göstəricisinin davamıdır” – Porsche AG-də İdarə Heyətinin sədri və Maliyyə və İT üzrə İdarə Heyətinin üzvü Lutz Meschke bildirib.
Porsche AG İdarə Heyətinin sədri Oliver Blume deyir: "Yeni Panamera bizim müştərilər tərəfindən çox yaxşı qəbul edilmişdir - xüsusilə plug-in Hibrid və Sport Turismo modelləri. Panamera Turbo S E-Hybrid kimi modellər sübut edir ki, elektromobillik və idman Porsche-yə zidd anlayışlar deyil. Biz Porsche avtomobillərinin ənənəvi ruhu ilə yüksək texnologiyaları sintez edirik. Premium avtomobil seqmentində rəqəmsal mobillik məsələlərinin həll olunması xüsusiyyətlərini Porsche-də inkişaf etdiririk ".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















