"Başqa yol olmayacaqdır, daha sərt karantin rejiminə keçməyə məcbur olacağıq"
Prezidentin köməkçisindən sərt karantin rejimilə bağlı açıqlama"İyun ayının 1-dək uzadılan xüsusi karantin rejiminə bir tədbir də əlavə edilib. Belə ki, bayram günlərində də ictimai nəqliyyat işləməyəcəkdir. Bundan başqa, hələlik heç bir sərtləşdirməyə qərar verilməyib".
Marja-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Şahmar Mövsümov əlavə edib ki, yoluxanlar və xəstəxanada yatanlar artsa karantin rejimi sərtləşdiriləcəkdir: "Başqa yol olmayacaqdır, daha sərt karantin rejiminə keçməyə məcbur olacağıq. Bunun baş verməməsi üçün hər kəs məsuliyyətli olmalı, qaydalara ciddi əməl etməlidir. Bayramlar ərəfəsində vətəndaşlarımızı mümkündürsə heç hara çıxmamağa, özlərini qorumağa çağırıram".
Prezidentinin köməkçisi vurğulayıb ki, yeni növ koronavirusa yoluxanların və ölənlərin sayının artması narahatvericidir".
“Yumşalmalar yoluxmaların sayının artmasına səbəb olub. Gündəlik yoluxmalar ümumi testlərin sayında payını artırır. Say artdıqca ölənlərin sayı da artır. Yumşalmalar yoluxma sayının artmasına səbəb olub. Bu gözlənilən idi”,- Şahmar Mövsümov bildirib.
Prezidentin kəməkçisi bildirib ki, Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib. Qərara əsasən martın 20-si saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Həmçinin oxu
Azərbaycanda xüsusi karantin rejimilə bağlı QƏRARMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















