Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 216 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 55% az minik avtomobili istehsal olunub.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.03.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 169 ədəd təşkil edib. 01.02.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 213 ədəd təşkil etmişdi.
Yanvar ayında Azərbaycanda traktor istehsal edilməmişdi. Fevral ayında Azərbaycanda 51 ədəd traktor istehsal edilib. 01.03.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 120 ədəd təşkil edib. Traktorlar üzrə 01.02.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 98 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
16 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 19 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Rəsmi məzənnələr açıqlandı
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək




















.jpg)




