"Gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb"
Süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizi müntəzəm marşrut xətlərinə aid deyil.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.
“Paytaxt istisna olmaqla (Bakı şəhəri daxilində ictimai nəqliyyatın tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir) respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli Çağrı mərkəzinə zəng edib məlumat verməyinizi xahiş edirik. Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 faizinin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb.
Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edirik ki, süni qiymət artımına yol verdikləri halda tərəfimizdən sərt tədbirlər görüləcək”, - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
11 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 27 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır





















