Fransanın yeni prezidenti məlum oldu
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Fransada prezident seçkisinin qalibi, Emmanuel Macron olub. "Marja" xəbər verir ki, ilkin nəticələrə əsasən, Macron səslərin 65,1%-ini toplayıb. Rəqibi ifrat sağçı Marina Le Pen 34,9%-də qalıb.
Macronun qələbəsinin gecə saatlarında tam müəyyənləşməsi gözlənilir.
Hüquqi rəsmi nəticələr isə Fransa Konstitusiya Şurası tərəfindən 10 Mayda açıqlanacaq.
Yeni prezidentin vəzifəsinə14 Maya qədər Fransua Hollande-dan alaraq başlayacağı gözlənilir.
Qeyd edək ki, seçkinin ikinci turunda Emmanuel Macron Avropa Birliyi əleyhdarı Le Pen ilə yarışırdı.Le Penin uduzması investorların narahatçılığını ortadan qaldırır.
39 yaşlı keçmiş bankir Macron Fransanın ən gənc lideri olacaq.
FREXIT RİSKİ
Le Penin Avropa Birliyini (AB) və ortaq pul vahidi Avronu tərk etmək xəyali, bazarların bu seçkiləri müstəsna bir diqqətlə izləməsinə səbəb olub.
Fransanın AB-dən çıxması (Frexit) və ya Avro pul vahidini tərk etməsi ehtimalının, Brexit-in etdiyi təsirdən daha böyük olacağı, bu fikrin Avropanın iqtisadi birliyinin sonunu gətirəcəyi vurğulanırdı.
Avropa İttifaqının qurucu üzvlərindən olan Fransa və Almaniya birliyin fəaliyyətini davam etdirən başlıca ölkələr arasında yer alır.
Le Pen, 19 ölkə tərəfindən istifadə edilən Avrodan gec-tez imtina ediləcəyini bildirərkən, Macron isə Böyük Britaniyada seçicilərin Brexit səsverməsindən keçirdikləri peşmanlığı göstərib. Eyni şəkildə, amerikalı seçicilərin də Donald Trumpa səs vermələrindən peşman olduqlarını da bildirib.
ƏLA FÜRSƏT:17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
XARİCİ SİYASƏT
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa, eyni zamanda terror təşkilatı İŞİD-ə qarşı mübarizədə ABŞ-ın aparıcı müttəfiqlərindən biri mövqeyindədir.
Macronun, Fransanın xarici siyasətinə yeni bir enerji gətirəcəyi bildirilir.
Macronun Suriya və İraqda əməliyyatları davam etdirəcəyi, Suriya Prezidenti Bəşşar Əsəd və Ukraynadakı fəaliyyətinə görə Rusiya üzərində təzyiq tətbiq etməyə davam edəcəyi güman edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 d. əvvəl
-
33 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb

















.jpg)









