"Həmin şirkətlər bizə təzminat ödəyəcəklər, ya da məhkəməyə gedəcəklər"
"10 noyabrdan sonra da ermənilər öz mənfur hərəkətlərindən əl çəkmədilər. Evləri, ağacları yandırırdılar, pəncərələri və sanitar qovşaqlarını dünyanın gözü qarşısında aparırdılar".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
"Bütün dünyaya göstərdilər ki, biz kimlərlə üz-üzə idik və hansı bəlanı məğlub etdik. Sözün düzü belə vəhşilik gözləmirdim. Başqasının torpağını zəbt edəsən, torpağın, evin sahibini güc tətbiq edərək heç bir vaxt vermədən qovasan. Biz onlara çıxmaları üçün 20 gün vaxt versək də, onlar bizə heç 20 saat da vaxt verməmişdilər. Qovduğun insanın evində yaşayasan və mənimdir deyəsən. Oradan çıxmağa məcbur olanda da dağıdıb, söküb yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bunu bütün dünya gördü. II Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq.
Göstərişimlə müvafiq qurumlar video-foto, dron çəkilişlər aparır. Bütün dəymiş ziyan hesablanacaq, dağılmış evlərin protokollaşması, pasportlaşması işlərinə start verilib. Vətəndaşlar fərdi qaydada həm ölkə məhkəməsinə, həm də beynəlxalq məhkəmələrə dəymiş ziyanın ödənilməsi üçün müraciət etsinlər. İkinci mərhələ üçün də sənədlər imzalanıb və işlərə başlanılıb. Buna oxşar münaqişələrdə dəymiş ziyanının hesablanmasında təcrübəsi olan şirkətlərlə də sənədlər imzalanıb. Yaxın gələcəkdə Azərbaycana gələcək və tədqiqatlar aparılacaq. Biz də onları lazım olan materiallarla təmin edəcəyik. Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq", - Prezident əlavə edib.
Dövlət başçısı bildirib ki, təbii ehtiyatların qanunsuz istismarı beynəlxalq cinayətdir:
"Artıq bu cinayəti törədən bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün hazırlıq işləri aparılıb. Bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm. yenə də deyirəm ki, ya həmin şirkətlər bizə təzminat ödəyəcəklər, ya da məhkəməyə gedəcəklər. məhkəməyə getdikləri təqdirdə əminəm ki, uduzacaqlar və dünya miqyasında biabır olacaq. Bu şirkətlərin beynəlxalq reputasiyasına da ciddi zərbə olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)





