“AccessBank”a yeni İcraçı direktorlar təyin edilib
Mart ayının 1-dən etibarən “AccessBank”da iki yeni İcraçı Direktor vəzifələrinin icrasına başlayır. Bunlar Pərakəndə Bankçılıq üzrə İcraçı direktor İlkin Quliyev və Risklərin İdarə Edilməsi üzrə İcraçı direktor Orxan İsmayılovdur.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, İlkin Quliyev “AccessBank”da fəaliyyətinə 2019-cu ilin aprel ayında Pərakəndə Bankçılıq departamentinin direktoru vəzifəsində başlayıb. Cənab Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir. O, “AccessBank”dan öncə 4 bankda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.
İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib.
Orxan Ismayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb. Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.

İlkin Quliyev

Orxan İsmayılov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 d. əvvəl
-
18 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)



.jpg)







