İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır

(®️) “Nar”ın baş sponsorluğu ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 17-ci mövsümü başlayır. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. Yarışda iştirak edəcək komandalar region, universitet və sponsor komandaları olmaqla 3 diviziona bölünüb. Hər divizion üzrə qalib gələcək komandalar finalda “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, builki mövsümdə ilk dəfə “Nar”ın dəstəklədiyi “Qarabağ” komandası da mübarizəyə qoşulacaq. Komandanın üzvləri işğaldan azad edilmiş bölgələrin intellektualları olacaq. Fevralın 19-dan start götürəcək yarış hər həftənin cümə günü saat 22:00-da İctimai Televiziyada yayımlanacaq.
Qeyd edək ki, ölkədə karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq yarış pandemiya şərtlərinə uyğun keçiriləcək. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda mübarizə aparacaq. Bundan başqa, yarışda iştirak edən hər komanda və heyət üzvü çəkilişdən öncə “COVİD-19” testindən keçməlidir.
Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə hər il olduğu kimi bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri ilə burada tanış olmaq olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 30 d. əvvəl
-
33 d. əvvəl
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Mərkəzi Bank investisiya şirkətlərinin mənfəətliliyinin azalmasını şərtləndirən əsas amilləri açıqlayıb

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

"Əlavə xarici borclanma olacaq"
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"

Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir

Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı

Unikal bank əmanətçilərinin sayı açıqlandı
