"ƏDVgerial" layihəsi işləyir - 23 mindən çox aparat quraşdırılıb, 900 mindən çox istifadəçi qeydə alınıb

2022-ci ilin sonunadək Azərbaycanda olan bütün kassa aparatlarının yeni nəsil kassalarla əvəz ediləcəyi nəzərdə tutulur.
Bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə pərakəndə və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb: "Bunların tətbiqi kassa dövriyyələrinin şəffaflaşmasına səbəb olub, icra olunan "ƏDVgerial" layihəsi isə nağdsız ödənişlərə marağın artmasına gətirib çıxarıb. Ötən il ərzində "ƏDVgerial" çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb. Hazırda edvgerial.az portalında 900 mindən çox istifadəçi qeydə alınıb".
O. Nəzərli əlavə edib ki, 2020-ci ilin I rübündə marketlərdə onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 62 min manat təşkil edirdisə, II rübdə bu göstərici 92 mln. manat, III rübdə 200 mln. manat olub, IV rübdə isə 220 mln. manatı üstələyib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
