Yerli istehsalçılara vergi təşviqləri veriləcək
Vergi siyasətində cari və ortamüddətli dövr üçün əsas strateji hədəflər açıqlanıb.
Marja.az-ın məlumatına görə, “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov bildirib ki, qarşıdakı dövdə əsas idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi üçün vergi təşviqləri təqdim ediləcəkdir. Qısası, bazarda yerli istehsalçılardın mövqeyi güclənəcəkdir.
Nicat İmanov deyib:
- Vergi qanunvericiliyinin investisiya yönümlülüyü təmin ediləcək,
- Daxili bazar vergi yolu ilə dəstəklənəcək və təşviq ediləcək,
- Vergi qanunvericiliyi beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq,
- Kölgə iqtisadiyyatı ilə sistemli mübarizə davam edəvək və ədalatəli rəqabət mühiti formalaşdırılacaq,
- Uçot siyasəti təkmilləşdiriləcək, şəffaflıq və nəzarət tələbi təmin ediləcək.
Nicat İmanov əlavə edib ki, Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olması təmin ediləcək.
Nicat İmanovun təqdimata görə, əsas prioritetlər aşağıdakılardır:
İnvestisiya mühitinin əlverişliliyinin vergi yolu ilə tənzimlənməsi – əsas idxal məhsullarının yerli istehsal məhsullar ilə əvəzlənməsi üçün vergi təşviqlərinin verilməsi; məşğulluğun təmin edilməsi və dayanıqlılığının artırılması; investisiya qoyuluşunu təşviq edən xüsusi vergi imtiyazlarının tətbiqi və s.
Kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatında rolunun genişləndirilməsi – kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılması üçün institusional dəstək mexanizmlərinin təkmilləşdirilməsi; mikro sahibkarlıq subyektlərinin kiçik və orta sahibkarlığa keçidinin təşviq edilməsi; real sektorun maliyyələşməsində iştirak edən maliyyə institutlara dəstək.
Uçot siyasətində şəffaflığın artırılması – haqsız rəqabətin aradan qaldırılması; rəqəmsal mühitin genişləndirilməsi və elektron xidmətlərin vergi orqanına inteqrasiyasının təmin olunması; ilkin uçot sənədlərin (invoys, daxili qaimələr, əmtəə-nəqliyyat qaiməsi və s.) elektronlaşdırılması; mikro sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün aradan qaldırılması üçün tədbirlərin görülməsi ("Mobil Tətbiq"ərin istifadəsi) və s.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)





