Energetika naziri TAP-ın icraçı direktoru ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə videokonfrans formatında görüş keçirib.
Bu barədə “Marja”ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə TAP layihəsi üzrə işlərin planlaşdırılan vaxtda yekunlaşması yüksək qiymətləndirilib və kəmərin kommersiya fəaliyyətinə başlamasının “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addım olduğu bildirilib. Qeyd edilib ki, TAP ölkəmizi Avropa ilə uzun müddətə birləşdirən daha bir enerji bağlantısı olaraq enerji təhlükəsizliyi, əməkdaşlıq və davamlı inkişafda Azərbaycanın strateji tərəfdaş rolunu daha da gücləndirir.
Layihənin, həmçinin Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıdığı, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin etdiyi, enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynadığı vurğulanıb.
Daha sonra TAP layihəsinin genişləndirilməsi - kəmərin ümumi gücünün 20 milyard kubmetrədək artırılması, təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarının aparılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması ilə bağlı “Yaşıl saziş” və enerji bazarlarının bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə ötən ilin 31 dekabr tarixində başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)

