TuranBankdan Qarabağ Dirçəliş Fonduna dəstək
TuranBank “Qarabağ Dirçəliş Fonduna” 100 min manat yardım etdi
(®️) Azərbaycan xalqı üçün haqq və şərəf savaşına çevrilmiş 44 günlük Vətən müharibəsi nəticəsində qədim mədəniyyət paytaxtımız Şuşa şəhəri başda olmaqla bütün işğal altındakı ərazilərimiz Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri və torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır.
İşğaldan azad olunmuş ərazilərin vahid proqram əsasında yenidən qurulması, layiqli yaşayış və iqtisadi fəallıq təmin olunmaqla Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Ölkə Başçısı tərəfindən yaradılan Fondun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun fəaliyyətinə daxildir.
Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fonduna” 100 000 (yüz min) manat məbləğində vəsait köçürüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
8 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
8 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
