Samir Nuriyev Əlaqələndirmə Qərargahının iclasını keçirdi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.
İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.
Samir Nuriyev dövlət başçısının tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş və ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.
17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur. Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.
İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)









