"Samur" gömrük postundan keçən yük maşınlarının sıxlığının səbəbi açıqlanıb
Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, buna səbəb isə mövsümlə əlaqədar ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, yanvarın 29-da 214, yanvarın 30-da 203, yanvarın 31-də 232 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xəttləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq artıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq.
Gömrük orqanlarının sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətindəki səylərinə baxmayaraq öz ənənələrinə sadiq qalan bəzi dırnaqarası media qurumlarının və sosial şəbəkə istifadəçilərinin gömrük postunda yaranan sıxlıqları gömrük orqanlarının fəaliyyətsizlikləri ilə əlaqələndirməsi isə sadəcə təəssüf doğurur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
-
15 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 16 d. əvvəl
- 39 d. əvvəl
-
46 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Qızıl və gümüş kəskin ucuzlaşıb
Ən çox oxunanlar
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
























