Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!
Lider mobil operator İnsana Sərmayə Standartı üzrə MDB-də ilk Platin sertifikata layiq görüldü
(®️) Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı “Azercell Telekom”-un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərləndirilərək bu dəfə ən yüksək pillə hesab edilən PLATİN sertifikatına layiq görüldü. “İnsana Sərmayə” standartı şirkət perfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və daha da inkişaf etdirməyə təşviq edir. Azercell ölkəmizdə Platin sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir və hal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2% bu statusa layiq görülüb.
“Azercell Telekom” yarandığı ilk gündən etibarən həm bütövlükdə korporativ idarəetmə sahəsində, həm də İnsan Kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər,prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə Qızıl Sertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini beynəlxalq səviyyədə bir daha sübut edərək, Platin Sertifikatına layiq görüldü. Onu da vurğulayaq ki, 1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353 ABŞ dolları həcmində sərmayə yatırılıb.
Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə “Investors in People” Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 d. əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
-
10 d. əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 18 d. əvvəl
- 24 d. əvvəl
-
45 d. əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
49 d. əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
1 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Son Xəbərlər

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
Ən çox oxunanlar

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
