İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə bölgələrdə fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb.
Bununla da Agentliyin fəaliyyət göstərən filiallarının sayı 8-ə çatıb.
Belə ki, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Quba, Şamaxı, Şirvan və Lənkəran filialları Agentliyin İdarə Heyəti tərəfindən müəyyən edilmiş inzibati ərazi vahidləri üzrə fəaliyyət göstərirlər.
Agentliyin Gəncə filialı Gəncə və Naftalan şəhərlərini, Samux, Goranboy, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarını, Mingəçevir filialı Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarını, Şəki filialı Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarını, Ağcabədi filialı Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarını, Quba filialı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını, Şamaxı filialı Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarını, Şirvan filialı Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarını, Lənkəran filialı Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarını əhatə edir.
İcbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq, sistemi əhali üçün əlçatan etmək və digər bu kimi məsələlər filialların fəaliyyət istiqamətləridir.
Filiallar Xidmətlər Zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, tibbi xidmətlərin həcmini və keyfiyyətini yoxlamaq, ilkin səhiyyə xidmətinin təşkilinə və vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət etmək vəzifələrinə malikdir. Habelə, icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görmək, vətəndaşları qəbul etmək və icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat vermək filialların vəzifələri sırasındadır.
Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Emin Hüseynovun sözlərinə görə, filiallar icbari tibbi sığorta sahəsində Agentliyin fəaliyyətinə dəstək göstərəcəklər: “Filiallar tibb müəssisələri tərəfindən təqdim olunan icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə reyestrlərin qiymətləndirilməsində, məlumatların araşdırılmasında, habelə tibb müəssisələrində istifadəyə verilmiş proqram təminatının idarəedilməsi ilə bağlı yarana biləcək texniki problemlərin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər”.
Filiallara rəhbərlik edən şəxslər, filialların əhatə etdiyi inzibati ərazilərdə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin, həkim və orta tibb işçilərinin sayı və s. barədə ətraflı məlumatlarla Agentliyin saytında yerləşdirilən interaktiv xəritədən tanış ola bilərsiniz.
Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















