Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
İstehlak bazarında soyuducu, kondisioner, tozsoran, mikrodalğalı soba, fen, ütü, televizor, həmçinin mobil telefon və s. kimi malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri barədə istehlakçıların müraciətləri də artır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu növ malları alarkən hüquqlarının pozulmaması üçün istehlakçılara diqqətli olmağı tövsiyyə edir.
Məişət texnikası alarkən onun komplektliyinə, keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa annotasiyasının olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd və zəmanətli satış tələb edilməlidir. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan sənəddə göstərilməlidir. Mal zəmanətli satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və satış tarixini təsdiq edən ştamp vurmalıdır. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqlarını tələb edə bilər.
Alıcı zəmanət müddəti müəyyən olunan malda aşkarlanan qüsur barədə satıcı (istehsalçı, icraçı) qarşısında tələblərini malın zəmanət müddəti ərzində irəli sürə bilər. Zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Qüsurların aradan qaldırılması ilə bağlı istehlakçının tələbinə mal qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.
Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcınınn təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur. Eyni zamanda satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.
İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırır.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
- 20 d. əvvəl
-
46 d. əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
1 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
-
2 saat əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
-
4 saat əvvəl
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Azərbaycanın kapital bazarlarında tarixi saziş
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Ən çox oxunanlar
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Rəsmi məzənnələr açıqlandı
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib






















.jpg)
