"Delta Airlines" şirkəti ötən ili 12,4 milyard dollar zərərlə başa vurub
ABŞ -ın ən iri aviaşirkətlərindən biri olan "Delta Airlines" kompaniyası özünün maliyyə vəziyyəti barədə hesabat dərc edib. Sənəddə göstərilir ki, şirkət 2020-ci ilin son üç ayında çox böyük məbləğdə itki ilə üzləşib.
Belə ki, şirkət ötən ilin dördüncü rübündə 755 milyon dollar, bütövlükdə isə 2020-ci ildə 12,4 milyard dollar zərərə uğrayıb. Bu, aviaşirkətin mövcud olduğu 100 illik tarixdə ən böyük illik iqtisadi ziyandır. Ötən ilin dördüncü rübü üçün müvafiq rəqəmlər daha pis ola bilərdi, lakin bayram mövsümü ilə əlaqədar ölkənin bütün ərazisində səyahətə çıxanların və müvafiq olaraq uçuşların sayı artıb.
Digər tərəfdən, bu səyahətlər koronavirusa yoluxanların sayının da artmasına şərait yaradıb. Bununla belə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin dördüncü rübündə uçuşların sayı 60 faizdən çox aşağı düşüb, çünki səfərlərlə bağlı məhdudiyyətlər və koronavirusa yoluxma riski adamların çoxunu evdə qalmağa məcbur edib. Ekspertlərin fikrincə, növbəti üç ayda şirkətin üzləşəcəyi itkinin həcmi gündəlik 10-15 milyon dollar olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







