“Azərpoçt” bayram günlərində fəaliyyət göstərəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 18:00-dək, paytaxtda, eləcə də Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.
Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1,7,10,33,66, 2 saylı poçt filialının 9, 102, 111, 117, 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130, 170 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 17:00-dək işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)









.jpg)





