Elektrikli avtomobil sahiblərinə şad xəbər – MÜQAVİLƏ İMZALANIB
“SOCAR PETROLEUM” QSC CZAR şirkəti ilə birlikdə Azərbaycanda elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcəklərÖlkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR PETROLEUM” QSC, ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı və təşviqi sahəsində ixtisaslaşan Sinqapurun CZAR şirkəti ilə Azərbaycanda elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun inkişafında əməkdaşlıq haqqında müqavilə imzaladılar.
QSC-nin yaydığı məlumatda bildirilir ki, bu müqavilə 2021-ci ilin birinci yarısı ərzində bütün SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün şarj avadanlıqlarının quraşdırılmasını əhatə edəcəkdir.
Həmçinin “SOCAR PETROLEUM” QSC və CZAR şirkəti arasındakı əməkdaşlıq çərçivəsində xüsusi seçilmiş SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün servis mərkəzləri yaradılacaqdır. Beləliklə, bu müqavilənin həyata keçirilməsi nəticəsində SOCAR brendli bütün yanacaqdoldurma məntəqələrini elektrikli nəqliyyat vasitələri də daxil olmaqla bütün növ nəqliyyat vasitələri istifadəçilərinin ehtiyaclarını ödəməyə hazır olan multi-yanacaqlı yanacaqdoldurma məntəqələri şəbəkəsinə çevirmək istiqamətində atılacaq daha bir vacib addımdır.
Elektrikli nəqliyyat infrastrukturunun inkişafı sahəsində yaranan əməkdaşlıq, elektrikli nəqliyyat vasitələrinə olan tələbatı artıracaq müvafiq bir istismar mühiti yaratmağı hədəfləyir. Bu baxımdan “SOCAR PETROLEUM” QSC və CZAR şirkəti bu müqavilənin həyata keçirilməsini Azərbaycanda elektrik nəqliyyat bazarını inkişaf etdirən və böyük sosial əhəmiyyətə və iqtisadi perspektivlərə malik bir layihə kimi qiymətləndirir. İnkişaf etmiş bu kimi infrastruktur, elektrikli nəqliyyatın istifadəsi, fərdi və korporativ istifadəçilərin əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Bu layihənin ekoloji komponentini xüsusilə vurğulamaq vacibdir. Çünki elektrikli nəqliyyat vasitələri daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq zəhərli istixana qazları buraxmırlar ki, bu da atmosferə atılan zərərli tullantıların azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəkdir.
“SOCAR PETROLEUM” QSC 36 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət avtomobil yanacağı və neft məhsullarının satışı şəbəkəsinə sahibdir. CNG-nin mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. SOCAR PETROLEUM QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin istək və ehtiyaclarını təmin etməkdir. CZAR International PTE LTD, nəqliyyat sektorunda və kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı, tətbiqi və təşviqi ilə məşğul olan Sinqapur mərkəzli bir şirkətdir. Şirkət rəhbərliyi bu seqmenti iqtisadi və ekoloji baxımdan son dərəcə perspektivli hesab edərək, Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin tətbiqinə yönəlmişdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























