970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Rusiya sülhməramlıları daha 2 kəndə nəzarət etməyə başladı - YENİ XƏRİTƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya sülhməramlıları daha 2 kəndə nəzarət etməyə başladı - YENİ XƏRİTƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya sülhməramlıları Çaylaqqala və Köhnə Tağlar kəndlərinə də nəzarət etməyə başladı.

Marja xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlı əməliyyat zonasının yenilənmiş xəritəsi yayımlanıb. Xəritənin yeni versiyasına əsasən, zonaya Xocavənd rayonunun Çaylaqqala (Xtsaberd) və  Köhnə Tağlar (Khin Taher) kəndlərinin əraziləri də daxildir. 

Atəşkəsdən sonra bu kəndlərin meşələrində erməni terrorçuları qalmış, bir gün əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu terrorçulara qarşı anti-terror əməliyyatı keçirib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin 12 və 13 dekabr tarixli xəritələri.

Dünənki hadisələrdən sonra iki əhəmiyyətli dəyişiklik görünür:

1. Dünən Azərbaycanın anti-terror əməliyyatı apardığı ərazilər Rusiya sülhməramlılarının nəzarəti altına keçib. 

2. Xəritədə əvvəllər Cəbrayıl ilə qeyd olunan rayon indi xəritədə Hadrut olaraq dəyişdirilib.

Çaylaqqala Köhnə Tağlar
13.12.2020 17:56

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Xalq Bankda yeni təyinatlar
Xalq Bankda yeni təyinatlar
19.12.2025 13:58
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18