Sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 628 milyon 374 min manat sığorta haqqının 462 milyon 307 min manatı və yaxud 73,6%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (208 milyon 513 min manat), "PAŞA Sığorta" (145 milyon 94 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 46 milyon 83 min manat), “Atəşgah Həyat Sığorta” (34 milyon 268 min manat) və "Meqa Sığorta" (27 milyon 503 min manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), “Rəvan Sığorta” (1 milyon 78 min manat), "Naxçıvan Sığorta" (1 milyon 386 min manat) və "Bakı Sığorta” (1 milyon 532 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 4 milyon 1 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,6%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 162 milyon 66 min manat (25,8%) təşkil edib.
Sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 350 milyon 35 min manat sığorta ödənişinin 297 milyon 939 min manatı və yaxud 85,1%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (175 milyon 706 min manat), "PAŞA Sığorta" (55 milyon 814 min manat), "Atəşgah Həyat Sığorta" (39 milyon 98 min manat), “Xalq Sığorta” (14 milyon 129 min manat) və "Atəşgah Sığorta" (12 milyon 31 min manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (22 min manat), "Rəvan Sığorta" (308 min manat), "Bakı Sığorta" (313 min manat) və “AXA Mbask” Sığorta Şirkəti (627 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,27 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 50 milyon 826 min manat (14,5%) təşkil edib.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
42 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















