“Global Finance” Azərbaycan Beynəlxalq Bankını ən yaxşı bank seçdi
(®️) Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Global Finance” jurnalı müxtəlif regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Jurnal ilin qaliblərini seçərkən belə bir meyara əsaslanıb: bunlar COVİD-19 dövründə də yeni texnologiyalara davamlı investisiyalar edən və bunun gələcək inkişafa kömək göstərəcəyinə ümid bəsləyən banklardır. “Global Finance” bu meyara əsaslanaraq Azərbaycan Beynəlxalq Bankını da ən yaxşı bank seçib.
Bank bu mükafata innovativ layihələrinə, pandemiya dövründə yeni ehtiyacları nəzərə alaraq həyata keçirdiyi texnoloji həllərə, o cümlədən məsafədən xidmət imkanlarına görə layiq görülüb.
“Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb. Jurnal ekspertlərinin fikrincə, ümumilikdə qlobal bank sistemi pandemiya səbəbindən yaranmış yeni vəziyyətə çevik reaksiya verib. Qlobal bank sistemi və onun bir hissəsi olan Azərbaycan Beynəlxalq Bankı minimal məhdudiyyətlərlə müştərilərə, biznesə fasiləsiz xidmətə davam edib.
Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Commerzbank, CitiBank, Société Générale, AkBank, Sberbank, Barclays, J.P.Morgan, UniCredit, Raiffeisen Bank International, HSBC, Credit Suisse və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar.
Xatırladaq ki, “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























