Azərbaycan məhsulları 60 milyonluq bu ölkəyə ixrac ediləcək

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Bəhreyn şirkətilə Azərbaycan məhsullarının 60 milyonluq istehlakçısı olan bu ölkəyə ixracı barədə ilkin razılığa gəlib.
“Marja”nın məlumatına görə, bunu “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əbülfət Qocayev bildirib.
“İxrac sahəsində tərəfimizdən ciddi iş aparılır. Bu istiqamətdə fəaliyyətimizin iki istiqaməti var: birincisi, xarici investorların ölkəmizin aqrar sektoruna cəlb edilməsi, ikincisi, Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyinin gücləndirilməsi.
Birinci məqsədi həyata keçirmək üçün Bəhreyn Krallığının “BCGCM” holdinqinə daxil olan “Co Founder&Managing” şirkətinin prezidenti Xalid Salam əl-Haj və “Riyada Group” şirkətinin rəhbərliyi ilə görüş keçirərək Azərbaycanın aqrar sektoruna investisiya qoyuluşları və Azərbaycan məhsullarının 60 milyonluq istehlakçısı olan Şərq ölkələrinə ixracı barədə ilkin razılığa gəlmişik.
Bundan başqa, Belarus Respublikasının “Belqospişeprom” Dövlət Konserninin və Belarus Kooperativlər İttifaqının (“Belkoopsoyuz”) nümayəndələri ilə Bakıda müzakirələr aparılaraq bu ölkəyə meyvə-tərəvəz, meyvə şirələri və digər məhsulların ixrac edilməsini qərara almışıq.
Eyni zamanda, Azərbaycan məhsullarının MDB ölkələrinə ixrac edilməsi məqsədilə italiyalı investorlarla danışıqlar aparılmış, cari ilin fevral ayında əcnəbi qonaqlar ölkədə səfərdə olmuş, istixana qurulması üçün müvafiq yerlərə baxış keçirilmiş və İtaliya tərəfi ilə cəmiyyətin birgə müəssisəsini yaradaraq Azərbaycanda 20 hektar sahədə istixana qurulması ilə bağlı ilkin razılıq əldə olunmuşdur. Layihəyə italiyalı investorlar tərəfindən Azərbaycanda istixana qurulması üçün vəsaitin yatırılması, Azərbaycan tərəfindən isə torpaq sahəsinin ayrılması və zəruri infrastrukturun (su, elektrik, qaz və digər kommunikasiya xətlərinin) qurulması daxildir”,- o deyib.
Əbülfət Qocayev əlavə edib ki, bu il soğan istehsalı yüksək səviyyədə olduğundan daxili bazarda satış çətinliyi yaranmışdı:
“Cəmiyyət ilk növbədə cəbhə bölgəsində yaşayan istehsalçılara kömək məqsədilə qonşu Rusiyanın bir sıra dairələri ilə danışıqlar apararaq ixrac haqqında razılıq əldə etdi. Ağdamın cəbhəyanı kəndlərindən tədarük olunan 1500 ton soğan Rusiyaya göndərildi və bu istiqamətdə işlər davam etdirilir”.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ötən ilin aprel ayında yaradılıb. Yeni qurumun qarşısında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək kimi mühüm vəzifələr qoyulub. Əsas məqam isə regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
16 d. əvvəl
Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
14 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 18 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

“Bizdən Biznesə” ikinci dəfə start götürür!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti
