Azərbaycana daha 5 zubr gətirilib
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib. Bununla da Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 19-a çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yeni gətirilən zubrlar bir müddət milli parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədovanın sözlərinə görə, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 zubr gətirilib və bu müddət ərzində populyasiyada təbii artımın olması zubrların təbiətimizə tam olaraq uyğunlaşdığını deməyə əsas verir. O qeyd edib ki, sevindirici haldır ki, tarixən ölkəmizin ərazisində məskunlaşan zubrlar yenidən Azərbaycan təbiətinə qaytarıldı.
Qeyd edək ki, Azərbaycanda zubrlar ilk insanların yaşadığı qədim dövrlərdən mövcud olub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər zubrlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi zubrları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir.
Zubrların Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları ölkəmizin şimal bölgəsində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
23 d. əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 24 d. əvvəl
-
- 26 d. əvvəl
- 27 d. əvvəl
-
30 d. əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keşdi, xüsusi status aldı
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
-
2 saat əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əmanətiniz illik 12 % gəlir gətirsin!
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Ən çox oxunanlar
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur
























