TuranBank Avropa bankı ilə növbəti layihəyə start verdi
“Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və TuranBank növbəti texniki dəstək layihəsinə start verib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, eni layihə çərçivəsində AYİB tərəfindən cəlb edilmiş TA Consult Partners konsultant şirkəti banka risk və uyğunluq siyasətinin idarə edilməsi və uyğunluq (komplayans) prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması işində dəstək göstərəcəkdir.
Artıq məsləhətçi şirkətin ekspert qrupu tərəfindən bankın ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilmiş və qarşılıqlı müzakirələrdən sonra texniki yardım layihəsinin iş planı təsdiq edilmişdir.
Qeyd edək ki, AYİB-nin texniki yardım layihəsi və digər müvafiq xidmətləri bankda risk nəzarəti prosedurlarının effektiv idarə olunmasının təmin edilməsini hədəfləyir. Layihə risklərin idarə edilməsi sisteminin ümumi qaydaları və prosedurlarının təkmilləşdirilməsi, əməliyyat riski prosedurlarının effektivliyinin artırılması və bankın müvafiq risk strategiyasının ərsəyə gəlməsini əhatə edəcəkdir.
Adıçəkilən layihə, Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib























